Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Dövlətimizə qarşı düşünülmüş təxribatçı cəhdlər hər zaman məğlubiyyətə düçar olmuşdur

0

  •         Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın tələb və təkidi ilə hakimiyyətə gəlişi nəticəsində ölkədə baş verən xaotik vəziyyət aradan qalxdı, vətəndaş qırğının qarşısı alındı. Erməni təcavüzkarlığının vüsət aldığı vaxtda, ölkə daxilində də xain qüvvələr daim təxribatçı hərəkətlərini davam etdirirdi. Belə bir çətin şəraitdə xalqın xilaskar oğlu Ulu Öndər Heydər Əliyev öz xalqının dəstəyinə inanaraq hakimiyyətə qayıdaraq müstəqil Azərbaycan dövlətinə qarşı təxribat niyyətinə düşənlərə qarşı tədbirlər gördü.         1994-1995-ci illərdə Rövşən və Mahir Cavadovlar çirkin bir yol seçərək Ölkə Prezidentinə qarşı terror aktı hazırlamağa göstəriş almış və onlar cinayətkar əməllərə əl atmışlar. Həmin tarixdə çirkin fəaliyyətlərə Xətai rayon prokuroru vəzifəsində çalışan Mahir Cavadov və Daxili İşlər Nazirliyi nəzdində Xüsusi Təyinatlı Polis Dəstəsinə rəhbərlik edən, eyni zamanda, nazir müavini vəzifəsini daşıyan Rövşən Cavadov qardaşları rəhbərlik edirdilər. Silah gücünə hakimiyyətə gəlməyə cəhd edən bu təxribatçı insanların günahsız insanların qanını tökmək yolunu seçməsi onların mənfur niyyətlərini göstərirdi. 1994-cü ilin oktyabr hadisələrindən sonra Ümummilli lider tərəfindən əfv edilən Rövşən Cavadov 1995-ci ilin martında çirkin əməllərini davam etdirdi. Xaricdən düşmən qüvvələrdən və daxildəki, AXCP-Müsavat cütlüyünün dəstəyindən yararlanan Rövşən Cavadov pul hesabına düşünülmüş bir şəkildə dövlətçiliyimizə qarşı təhlükə yaratmaqdan əl çəkmədi. O zaman müdrik siyasətçi Ulu öndər cinayətkar dəstəyə müraciət edərək bu əməllərindən, cinayətkar niyyətlərindən əl çəkmələrini, bu yoldan çəkinmələrini tövsiyyə etdi. Bildirdi ki, tökdüyünüz qanlar, etdiyiniz cinayətlərə son qoymağın vaxtı gəlib çatıb: "Ümumiyyətlə dəstəyə və Rövşən Cavadova deyirəm; Bu cinayətkar əməllərinizdən əl çəkin, təslim olun! Silahlar bu gün təhvil verilməli, oradan çıxıb hərə öz yerinə getməli, təslim olmalıdır. Dövlətlə dövlətçilik etmək olmaz.      Xalqımız bir daha Ulu öndər Heydər Əliyev siyasətini dəstəklədiyini bəyan edərək onun ətrafında sıx birləşdiyini nümayiş etdirdi. Tarixi şəxsiyyət Heydər Əliyevin müdrikliyi sayəsində dövlət çevrilişi cəhdinin qarşısı alındı. Ulu öndər Heydər Əliyevin dövlət idarəçiliyindəki zəngin təcrübəsi, xalqına, Vətəninə, millətinə olan sonsuz məhəbbəti, qətiyyəti, uzaqgörənliyi sayəsində Azərbaycanda ictimai-siyasi sabitlik qorunub saxlanıldı.     Bu gün Prezident İlham Əliyev Ulu öndərin siyasi xəttinə uğurla davam etdirir. Onun həyata keçirdiyi elmi əsaslara söykənən xarici və daxili siyasət nəticəsində respublikamız Cənubi Qafqaz regionunun lider dövlətinə, güc mərkəzinə çevrildi. Rahilə Əliyeva,Xocalı rayon ziyalısı
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaRəsmi xronika
    Yerləşdirdi
    Yerləşdirildi3 il öncə
    İzlənib73 dəfə
    Dövlətimizə qarşı düşünülmüş təxribatçı cəhdlər hər zaman məğlubiyyətə düçar olmuşdur

    Maraqlı gələ bilər
    62
    47